Rusiya Aİ-nin Rusiyaya qarşı tribunalını etibarsız sayır
Dünya
23.10.2025 16:00
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yaratmağı planlaşdırdığı tribunal etibarsız olacaq.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, tribunalın işi və qərarları Rusiya üçün əhəmiyyətsiz olacaq və istənilən dövlətin ona qoşulması “düşmənçilik və qaçılmaz nəticələr” kimi qiymətləndiriləcək.
Zaxarova Aİ-nin bu təşəbbüsünü “sifarişlə hazırlanmış ədalət mexanizmi” adlandırıb və qeyd edib ki, bu, Qərb ölkələri və onların müttəfiqlərinə qarşı istifadə oluna biləcək presedent yaradacaq.
Xatırladaq ki, oktyabrın 6-da Avropa Şurasının baş katibi Alain Berset bildirib ki, hazırda Rusiyaya qarşı “ad hoc tribunal” üzərində işlər aparılır və tribunalın fəaliyyəti üçün üzv dövlətlərdən maliyyə tələb olunur. Daha sonra Kaya Kallas regionun Ukrayna üzrə xüsusi tribunal üçün ilk 10 milyon avro ayırdığını açıqlayıb. 27 üzv ölkədən 25-i tribunalda iştirak etmək istədiyini bildirib.
Jalə Rövşən
tag: Avropa İttifaqı, Mariya Zaxarova,Rusiya,Alain Berset ,Todaypress.tv,
