28 əcnəbi Gürcüstandan deportasiya edildi
Dünya
09.07.2025 14:38
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti və aidiyyəti qurumlarla birgə həyata keçirdiyi kompleks tədbirlər nəticəsində aralarında Azərbaycan vətəndaşının da olduğu 28 əcnəbi şəxs ölkədən deportasiya edilib.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, deportasiya olunan şəxslər Azərbaycanla yanaşı, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, İsrail, Pakistan, Rusiya və Çin vətəndaşlarıdır.
“Mövcud qanunvericiliyə əsasən, ölkədən çıxarılan əcnəbilərin Gürcüstana girişi qadağan olunub”, - deyə məlumatda qeyd edilib.
Nazirlikdən bildirilib ki, Miqrasiya Departamentinin əsas vəzifələrindən biri ölkədə qanunsuz miqrasiya hallarının aşkarlanması və qarşısının alınmasıdır. Departament, eyni zamanda, Gürcüstanda qanuni əsaslar olmadan yaşayan əcnəbilərin müəyyən edilərək ölkədən çıxarılmasını həyata keçirir.
tag: Gürcüstan,Deportasiya,Azərbaycanlılar,Məlumat,Todaypress.tv,