Rus təyyarəsi qəzaya uğradı, pilot həlak oldu
Dünya
28.06.2025 12:20
Rusiyanın Primorsk diyarında yerləşən Novonejino dövlət aviasiya aerodromu yaxınlığında yüngülmotorlu "Zlin-142" təyyarəsi qəzaya uğrayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində təyyarədə olan yeganə şəxs – pilot həlak olub.
İlkin məlumatlara görə, təyyarənin sahibi hava gəmisini pilotluq bacarıqlarının təkmilləşdirilməsi məqsədilə həlak olmuş şəxsə verib. Faktla bağlı Uzaq Şərq Nəqliyyat Prokurorluğu tərəfindən uçuş təhlükəsizliyi qanunvericiliyinə əməl olunması ilə bağlı yoxlama başladılıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci bəndi (hava nəqliyyatı hərəkəti və istismarı qaydalarının pozulması) üzrə cinayət işi açılıb.
Töhfə Səməd
tag: Rusiya,Primorsk ,Zlin-142,Təyyarə,Pilot,Qəza,Toaypress.tv,