Paşinyan xalqdan üzr istədi

Dünya

17.08.2025 23:00

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində paylaşım edərək xalqdan üzr istəyib. O, bunu Ermənistan Korrupsiyanın Qarşısının Alınması Komissiyasının (KQAK) qərarı ilə əlaqələndirib.

TodayPress TV xəbər verir ki, KQAK Paşinyanın çıxışında iki epizod üzrə davranış qaydalarının pozulduğunu qeyd edib.

Baş nazir yazıb:

“Əziz xalqım, qərarlarla bağlı bəzi qiymətləndirmələrlə tam razı olmasam da, hamınızdan üzr istəyirəm”.

Paşinyan dəqiqləşdirib ki, üzrü məhz Komissiyanın qərar verdiyi iki ifadəyə aiddir. 

“Bununla belə, həmin ifadələrlə assosiasiya olunan siyasi, mənəvi və əxlaqi prinsiplərə sadiqliyim və bunları xalqın dəstəyi ilə həyata keçirmək iradəm sarsılmazdır. Çünki bu, Ermənistan Respublikasının siyasi, hüquqi və mənəvi təhlükəsizliyi üçün həyati zərurətdir. Mən həmçinin öz nöqsanlarımı qəbul etməli, emosiyalarımı daha yaxşı idarə etməyi bacarmalıyam”, - deyə o əlavə edib.

Qiymət Mahir

tag: Ermənistan,Nikol Paşinyan,KQAK,Komissiya,Todaypress.tv,