Roma Papası Zelenski ilə görüşdü - YENİLƏNDİ

Dünya

18.05.2025 20:00

Mayın 18-də keçirilən inaqurasiya messasından sonra Roma Papası XIV Leo Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenska ilə görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, özünün rəsmi "Telegram" kanalında məlumat verib.

“İnaqurasiya messasından sonra Roma Papası XIV Leo ilə görüşdük. Onun Müqəddəsliyinə təşəkkür edirik” deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti bildirib ki, pontifik milyonlarla insan üçün sülhə olan ümidi təmsil edir. O, Papa XIV Leonun Ukraynadakı müharibənin başa çatmasında mühüm rol oynaya biləcəyinə əminliyini ifadə edib.


***
16:10

Roma Papası XIV Leo bu gün Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, görüş Papa ilə Zelenskinin iştirakı ilə keçiriləcək xüsusi auditoriyada baş tutacaq.

Qeyd edək ki, Zelenski Vatikanda keçirilən yeni Roma Papasının taxta çıxma mərasimində iştirak edib.

Türkan İsgəndərli

tag: Roma,Ukrayna,Zelenski,Papa,todaypress.tv,