Qazaxıstanda hərbi helikopter yoxa çıxdı
Qazaxıstanın Almatı vilayətində hərbi helikopterin itməsi ilə bağlı xəbər yayılıb.
TodayPress TV xəbər verir ki, məlumatı yerli "zakon.kz" nəşri yayıb və Respublika Hava Hücumundan Müdafiə Qoşunlarının mətbuat xidməti hadisəni təsdiqləyib.
Sosial şəbəkələrdə yayılan ilkin məlumatlara görə, helikopterdə 3 ekipaj üzvü olub. Hazırda onların taleyi barədə məlumat verilmir və axtarış işləri aparılır.
Türkan İsgəndərli