Putin: “Yalnız neft və qazla suverenliyimizi itirə bilərik”
Dünya
21.07.2025 01:00
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkə yalnız neft və qaz ixracına arxalanarsa, nə rəqabət qabiliyyətini, nə də suverenliyini saxlaya bilər.
TodayPress TV xəbər verir ki, bu fikirləri dövlət başçısı jurnalist Pavel Zarubinlə müsahibəsində səsləndirib.
O, Rusiyanın avtomobil istehsalından imtina etməsi barədə təkliflərə münasibət bildirərkən, texnoloji müstəqilliyin vacibliyini vurğulayıb.
Putinin sözlərinə görə, qlobal miqyasda rəqabətə davamlı olmaq üçün ölkə daxili istehsal və texnologiyada müstəqil olmalıdır.
Rusiya Maliyyə Nazirliyinin ilkin hesablamalarına əsasən, 2025-ci ilin ilk rübündə neft-qaz gəlirləri 2,64 trilyon rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% azdır.
Qeyd edək ki, bu həftə Avropa İttifaqının qəbul etdiyi 18-ci sanksiya paketi Rusiya neftinin qiymət tavanını 60 dollardan 47,6 dollara endirib.
Qiymət Mahir
tag: Rusiya,Avropa ,Aİ,Neft ,Qaz,Putin,Todaypress.tv,