Putin Ukrayna sülh planını Uitkoffla müzakirə etməkdən imtina etdi

Dünya

17.05.2025 18:25

4

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Ukraynaya dair təklif etdiyi sülh planını ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffla müzakirə etməkdən imtina edib.   

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb. 

Nəşr qeyd edir ki, ABŞ, Ukrayna və Avropa nümayəndələri arasında aparılan danışıqlardan sonra münaqişənin sülh yolu ilə nizamlanması üçün 22 bənddən ibarət tədbirlərin siyahısı hazırlanıb. 

“NBC”nin məlumatına görə, plan atəşkəs və Moskvanın Ukraynanın NATO-ya daxil olmaması tələbini yerinə yetirmək üçün müddəaları nəzərdə tutub. Lakin Rusiya tərəfi bu planla maraqlanmayıb. 

Müəlliflər qeyd edirlər ki, Rusiyanın yüksək vəzifəli rəsmiləri Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa deyiblər ki, Putin Uitkoffun Ukrayna və Avropanın iştirakı ilə hazırladığı 22 bəndlik sülh planını müzakirə etmək istəməyib.

Rusiya liderinin bu mövqeyi Uitkoffu onunla yeni görüşü təxirə salmağa məcbur edib.

Eyni zamanda, ABŞ xüsusi nümayəndəsinin planları ilə tanış olan mənbə Putinlə təkrar görüşün ilkin olaraq planlaşdırılmadığını vurğulayıb.

tag: ABŞ,Rusiya,Putin,Uitkoff,Todaypress.tv,