KİV: Çindəki hərbi parad Qərbə siqnaldır

Dünya

03.09.2025 10:51

Pekində Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümü münasibətilə keçirilən hərbi parad Çinin Qərbə ünvanladığı “dayanılmaz yüksəliş” mesajı kimi dəyərləndirilir.

TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. 

Nəşrin fikrincə, Rusiya və Şimali Koreya liderlərinin də qatıldığı tədbir “cəsarət" xarakteri daşıyıb. Yazıda vurğulanır ki, Çin lideri Si Cinpinin mesajı ABŞ-nin dünya nizamındakı hökmranlığına meydan oxuyan dövlətlər tərəfindən dəstəklənib.

Qeyd edək ki, sentyabrın 3-də Pekinin Tiananmen meydanında keçirilən paradda 80 artilleriya atəşi açılıb. Tədbirdə 45 bölmə, 100-dən çox təyyarə və helikopter, eləcə də yeni nəsil hərbi texnika nümayiş etdirilib.

Paradı tribunalardan 50 mindən çox tamaşaçı izləyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Rusiya,Çin,Yaponiya,ABŞ,Todaypress.tv,