Putin: "Rusiya qazı yeni bazarlara yönləndirilir"

Dünya

16.10.2025 16:20

Avropa İttifaqının Rusiya qazından imtina etməsi və “Şimal axını” kəmərlərinin fəaliyyətinin dayandırılması Rusiya qaz ixracının yeni bazarlara yönəldilməsini sürətləndirib.

TodayPress TV "TASS" a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib.

Putinin sözlərinə görə, bu proses əvvəlcə ixracın azalmasına səbəb olsa da, sonradan göstəricilər bərpa olunmağa başlayıb. O qeyd edib ki, Avropanın Rusiya qazını qəbul etməməsi və “Şimal axını” kəmərinin sıradan çıxması Rusiya üçün çətinlik yaratsa da, nəticədə qaz tədarükü daha perspektivli və etibarlı alıcılara yönəlib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, Asiya-Sakit okean regionu, Yaxın Şərq və Latın Amerikasında qaz tələbi artmaqda davam edir, Avropada isə hələ də 2019-cu il səviyyəsinə çatmayıb. Putin bu azalmanı Avropa sənayesində istehsalın zəifləməsi ilə əlaqələndirib.

O, həmçinin Qərb ölkələrini qlobal enerji sistemini süni şəkildə pozmaqda ittiham edib və bildirib ki, bir çox Avropa ölkələri siyasi təzyiq altında Rusiyadan enerji almaqdan imtina ediblər.

Jalə Rövşən

TodayPress TV


tag: Avropa İttifaqı, Rusiya qazından imtina,“Şimal axını”,