Paşinyan Ermənistan-Rusiya münasibətlərindən danışdı
Dünya
12.06.2025 11:48
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə və Baş nazir Mixail Mişustinə təbrik məktubu ünvanlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan məktubunda Rusiya xalqını dövlət suverenliyinin elan edildiyi tarixi gün münasibətilə təbrik edərək, bu bayramın nəsillərin davamlılığının rəmzi olduğunu qeyd edib.
Ermənistanın Baş naziri İrəvanla Moskva arasında əlaqələrin gələcəkdə də birgə səylərlə inkişaf edəcəyinə inandığını ifadə edib:
“Əminəm ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında münasibətlərin möhkəmləndirilməsi və dərinləşdirilməsi ölkələrimizin xalqlarının rifahı naminə davam etdiriləcək.”
Qeyd edək ki, son dövrlərdə Ermənistanla Rusiya arasında münasibətlərdə müəyyən gərginliklər yaşanır.
Türkan İsgəndərli
tag: Rusiya,Ermənistan,Paşinyan,Putin,todaypress.tv,