Politico: "Tramp Ukraynada sülhə nikbin baxır"
Dünya
15.10.2025 15:05
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə girov mübadiləsindən sonra Ukraynada sülhün mümkünlüyünə nikbin yanaşdığını bildirib.
TodayPress TV “Politico”ya istinadən xəbər verir ki, Ağ Evin sözçüsü Trampın Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq istəyini bir daha vurğuladığını deyib.
Tramp daha əvvəl də Ukrayna böhranının həllinə inanaraq, bu prosesin gözlədiyindən daha çətin olduğunu etiraf etmişdi.
Xatırladaq ki, sentyabrda Ağ Ev Trampın Qəzza zolağında sülhə yönəlmiş “hərtərəfli planını” təqdim edib. Plan Fələstin bölgəsində müvəqqəti xarici idarəetmənin yaradılmasını və beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.
Oktyabrın 13-də isə HƏMAS və ona bağlı qruplar atəşkəs razılaşması çərçivəsində 20 israilli girovu azad edib, İsrail isə 1968 fələstinlini, o cümlədən uzunmüddətli həbs cəzası çəkən 250 nəfəri sərbəst buraxıb.
Jalə Rövşən
tag: Yaxın Şərq,Donald Tramp,Ukrayna,Sülh,Todaypress.tv,
