Politico: Putin Trampın geri çəkilə biləcəyini düşünür
Dünya
05.06.2025 18:10
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə razılaşma prosesində istənilən an geri addım ata biləcəyini nəzərə alır.
TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri adları açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Məqalədə bildirilib ki, Rusiya lideri ABŞ-də bəzi dairələrdə dolaşan və Trampın qərarsız siyasətini ifadə edən “TACO” (Trump Always Chickens Out – “Tramp həmişə qorxub geri çəkilir”) anlayışından da xəbərdar ola bilər. Xüsusilə də Trampın əvvəllər tarif siyasətində sərt bəyanatlar verib, sonra isə geri çəkilməsi bu düşüncəni gücləndirir.
“Putin belə qənaətə gələ bilər ki, Tramp əvvəlcə sərt şərtlərlə razılaşma istəsə də, sonda güzəştə gedəcək və Rusiya üçün manevr imkanları yaradacaq”,- deyə məqalədə vurğulanır.
Qeyd edək ki, mayın sonunda Tramp keçirdiyi mətbuat konfransında "TACO" ifadəsinin şərhindən imtina edib və bunu “özünə ünvanlanmış ən xoşagəlməz sual” adlandırıb.
Kreml daha əvvəl bildirmişdi ki, Putinlə Tramp arasında sanksiyaların ləğvi məsələsi müzakirə olunub.
Qiymət Mahir
tag: Rusiya,Vladimir Putin,ABŞ,Donald Tramp,todaypress.tv,