Pezeşkian: "Qonşularımızın İranla əməkdaşlıq üçün əhəmiyyətli potensialı var"

Dünya

29.07.2025 15:12

“İranın qonşuları İslam Respublikası ilə əməkdaşlıq üçün böyük potensiala malikdir”.

TodayPress TV xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri ilə görüşündə deyib. 

Pezeşkian qeyd edib ki, Tehran təcili olaraq qonşuları ilə münasibətləri yaxşılaşdırmalıdır. O hesab edir ki, regional əlaqələrin gücləndirilməsi Qərbin sanksiyalarının təsirini minimuma endirməyə kömək edə bilər. 

"Qonşularımızla münasibətləri gücləndirsək, sanksiyalar səmərəsiz olacaq. Bu gün biz qonşularımız və region ölkələri ilə əlaqələri hər zamankından daha çox yaxşılaşdırmalıyıq", - deyə o qeyd edib. 

Pezeşkianın sözlərinə görə, Azərbaycan, Pakistan, Əfqanıstan, Türkmənistan, Ermənistan, Türkiyə, İraq və İranın cənub qonşuları əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdirlər. Bu da ümumi maraqları təmin etmək üçün istifadə edilməlidir. 

Aysel Mətləb

tag: Məsud Pezeşkian,İran,Azərbaycan,Todaypress.tv,