Pentaqon rəsmiləri Heqsetin istefasını tələb edir
Dünya
23.07.2025 18:15
Pentaqon rəsmiləri müdafiə naziri Pit Heqsetin istefasını tələb edən kollektiv məktub hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Məlumata görə, məktubun layihəsi hələ may ayından bəri hərbi və mülki işçilər arasında dövr edir.
Nəşr ki, bəzi Pentaqon rəsmiləri Heqseti müdafiə naziri postuna yararsız hesab edir və bu barədə rəsmi mövqe bildirməyə hazırlaşırlar.
Qeyd edək ki, bu narazılıq dalğası, Heqsetin ABŞ prezidenti Donald Trampın administrasiyasını Kiyevə silah tədarükünün dayandırılması barədə əvvəlcədən məlumatlandırmaması fonunda baş qaldırıb. Bu qərardan nə dövlət katibi Marko Rubio, nə də prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq xəbərdar edilib.
Hazırda vəziyyətin administrasiya daxilində gərginliyə səbəb olduğu bildirilir.
Türkan İsgəndərli
tag: Pentaqon,Heqset,İstefa,ABŞ,Todaypress.tv,