Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda deputatın oğlu saxlanıldı
04.08.2025 23:10 Dünya

Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Sergey Baqratyanın oğlu Şant Baqratyan İrəvanda baş verən davadan sonra İstintaq Komitəsinə aparılıb.

TodayPress TV xəbər verir ki, bundan əvvəl "168.am" saytı Baqratyan ata və oğlunun düzgün park edilməmiş avtomobili çıxarmağı tələb edən vətəndaşı döydükləri barədə məlumat vermişdi.

Daxili İşlər Nazirliyindən "Sputnik Ermənistan"a verilən məlumata görə, hadisə ilə bağlı saxlanılan şəxslər var.

"Hadisənin üç iştirakçısı saxlanılaraq İstintaq Komitəsinə aparılıb", - idarədən bildirilib.

Saxlanılanlardan biri deputatın oğlu Şant Baqratyandır.

Bildirilir ki, vəziyyətə müdaxilə edən patrul əməkdaşları ilə Şant Baqratyan da əlbəyaxa olub.

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər