ABŞ-İran gərginliyinə Vensdən qeyri-müəyyən cavab

Dünya

22.10.2025 09:39

ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə etməyi planlaşdırır.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Di Vens İsrailə səfəri zamanı keçirilən mətbuat konfransında bildirib.

O, İrana qarşı yeni hərbi addımların atılıb-atılmayacağına dair suala cavab verməkdən yayınaraq qeyd edib ki, ABŞ Prezidenti ölkənin İran siyasətini aydın şəkildə ortaya qoyub.

“Biz çiçəklənən İran və iranlılarla yaxşı münasibətlər istəyirik. Lakin İranın nüvə başlığı ola bilməz. Buna görə də bu məsələdə bütün diplomatik vasitələrdən istifadə etməyə çalışacağıq və diqqətimizi bu istiqamətdə saxlamaqda davam edəcəyik”, – vitse-prezident vurğulayıb.

Jalə Rövşən

TodayPress TV

tag: ABŞ ,İranın nüvə silahı,Ceyms Di Vens,Mətbuat konfransı,Todaypress.tv,