Paşinyan: "Ermənistan KTMT-yə qayıtmayacaq"
Dünya
20.04.2026 15:48
"Ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü bərpa etməyəcək və bu istiqamətdə heç bir addım atılmayacaq".
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistanın KTMT üzvlüyü artıq dondurulub və bu qərar hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında da yer alıb.
Parlament sədri Alen Simonyan isə daha əvvəl qeyd edib ki, əgər Rusiya qazın qiymətini artırarsa, Ermənistan Avrasiya İqtisadi Birliyindən və KTMT-dən tam şəkildə çıxa bilər.
Rusiya tərəfi isə Ermənistanın mövqeyini diqqətlə izlədiyini və iqtisadi əməkdaşlıqla bağlı yanaşmasını yenidən nəzərdən keçirə biləcəyini bildirib.
Paşinyan daha əvvəl də KTMT üzvlüyünün dondurulmasını ölkənin beynəlxalq silah bazarlarına çıxışını genişləndirmək üçün vacib addım kimi qiymətləndirmişdi.
Türkan İsgəndərli
tag: KTMT,Ermənistan,Paşinyan,Simonyan,Todaypress.tv,
