Paşinyan Erməni Apostol Kilsəsini təhdid etdi

Dünya

02.06.2025 11:24

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsi (ÜAK) ilə münasibətlərin gərginləşdiyi bir vaxtda növbəti dəfə kilsə nümayəndələrini təhdid edib. 

TodayPress TV xəbər verir ki, o, "Facebook" hesabında yazıb.

Paşinyan “ibadətsiz ruhanilər” məsələsinin həll edilməli olduğunu bildirib.

Münasibətlərdəki gərginlik 2020-ci ildən sonra daha da artıb. Həmin vaxt ÜAK rəhbərliyi Paşinyanın Qarabağla bağlı siyasətini sərt şəkildə tənqid edib və onun istefasını tələb edib.

2025-ci il mayın 30-da Paşinyan və həyat yoldaşı Anna Akopyan öz "Facebook" səhifələrində ÜAK nümayəndələrinə qarşı tənqidi və təhqiramiz ifadələrlə dolu paylaşımlar ediblər. Müxalifət bunu kəskin şəkildə pisləyib və bəzi ictimai-siyasi xadimlər onların kilsədən xaric edilməsini tələb ediblər.

ÜAK-ın Sünik Yeparxiyasının rəhbəri, yepiskop Makar Akopyan isə Paşinyanın kilsələri “zibilli şkaflara” bənzətməsini pisləyərək bunun dövlət və kilsə arasında qarşılıqlı hörmətə zərbə vurduğunu, eyni zamanda cəmiyyətin mənəvi sabitliyini təhlükə altına aldığını bəyan edib.

Türkan İsgəndərli

tag: Ermənistan,Apostol,Paşinyan,Kilsə,todaypress.tv,