Parisdə “istəklilər koalisiyası” Ukrayna üçün toplaşacaq
Dünya
04.09.2025 10:07
Fransanın paytaxtı Parisdə “istəklilər koalisiyası”nın görüşü keçiriləcək. Burada onlar Ukraynadakı vəziyyətin həlli ilə bağlı detallı variantları nəzərdən keçirəcək və mümkün qərarları təqdim edəcəklər.
TodayPress TV xəbər verir ki, bu barədə "The New York Times" (NYT) fransız diplomatlarına istinadən məlumat yayıb.
Bildirilib ki, toplantıda 30-dan çox dövlət və hökumət başçısı iştirak edəcək, onlardan bir çoxu onlayn qoşulacaq. Avropalı liderlər, xüsusilə, hərbi kontingentin göndərilməsi məsələsini müzakirə edəcəklər. NYT-nin əldə etdiyi məlumata görə, Almaniya hazırda ukraynalı hərbçiləri hazırlayan qüvvələrinin bir hissəsini Polşaya yerləşdirmə imkanını nəzərdən keçirir. Bunun üçün NATO ilə danışıqlar və ölkə parlamentinin icazəsi tələb olunacaq.
Töhfə Səməd
tag: Fransa,İstəklilər koalisiyası,Ukrayna,Avropa,Todaypress.tv,