HƏMAS Trampın Qəzza planında dəyişiklik tələb edir

Dünya

01.10.2025 18:00

Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağına dair sülh planına bir neçə düzəliş edilməsində israr edir.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Hadath" məlumat yayıb.

Mənbə bildirir ki, HƏMAS planın müəyyən müddəalarına aydınlıq gətirilməsini istəyib və özünü “Tramp planına düzəliş etmək hüququ”nun olduğunu vurğulayıb. Hərəkatın əsas tələbləri arasında özünün “qanuni özünümüdafiə” hüququnun və silahlardan müdafiə üçün istifadə haqqının qorunması, İsraildən hərbi əməliyyatları yenidən bərpa etməyəcəyi barədə zəmanət, Qəzzada hər hansı xarici idarəetməyə qarşı çıxmaq yer alır.

Ağ Ev sentyabrın 29-da 20 bənddən ibarət "hərtərəfli plan"ını açıqlayıb. Sənəd Qəzzada müvəqqəti xarici idarəetmə və beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini təklif edir və HƏMAS-ın Qəzza hakimiyyətinə qayıtmayacağına vurğu edir. ABŞ isə planın Qəzzanın ilhaqı, işğalı və ya zorla köçürülməsi məqsədi daşımadığını bildirir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Fələstin,HƏMAS,İsrail,ABŞ,Todaypress.tv,c,