İsveçrə Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdi
Dünya
12.08.2025 17:37
İsveçrə hökuməti Avropa İttifaqının 18-ci sanksiyalar paketinə qoşularaq Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə rəsmi məlumat ölkə hökumətinin saytında dərc olunub.
Yeni tədbirlər çərçivəsində sanksiya siyahısına 14 fiziki şəxs, 41 hüquqi şəxs, 105 mülki gəmi daxil edilib.
Bundan başqa, 26 şirkətə qarşı sərt ixrac nəzarəti məhdudiyyətləri tətbiq olunacaq.
İsveçrə həmçinin Aİ-nin təşəbbüsünə qoşularaq Rusiya neftinin qiymət tavanını bir barel üçün 60 dollardan 47,6 dollara endirmək qərarı verib. Bu tədbir 3 sentyabr 2025-ci il tarixindən qüvvəyə minəcək.
Bundan əlavə, İsveçrə Aİ-nin sektorlar üzrə tətbiq etdiyi digər məhdudiyyətləri də nəzərdən keçirdiyini bildirib. Lakin bu sahədə yekun qərar hələ verilməyib.
Türkan İsgəndərli
tag: İsveçrə,Avropa İttifaqı,Sanksiya,Rusiya,Todaypress.tv,