Pakistanda partlayış nəticəsində ölənlərin sayı 16-ya çatdı - YENİLƏNDİ

Dünya

28.06.2025 15:00

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ən azı 16 nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Daha əvvəl hadisə nəticəsində 13 nəfərin həlak olduğu bildirilmişdi.

Məlumata görə, xəsarət alanlar arasında 6 uşaq da var.


***


13:16


Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub, 29 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Аgence France-Presse” məlumat yayıb.

"Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobillə əsgərlərin kolonasına girib", - dövlət nümayəndəsi agentliyə bildirib.

tag: Pakistan,Partlayış,Ölüm,Artım,Todaypress.tv,