Zelenski yeni sanksiyalar tətbiq etdi
Dünya
20.07.2025 20:45
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna vətəndaşlarından ibarət beş nəfərə qarşı sanksiyalar tətbiq edib. Səbəb kimi onların “antiukrayna təbliğatı və informasiya təxribatlarında iştirakı” göstərilir.
TodayPress TV xəbər verir ki, prezidentin müvafiq sərəncamı rəsmi saytda dərc olunub.
Sanksiya siyahısına rusiyalı jurnalist Yuliya Latınina, hərbi müxbir Tatyana Akseneko, ukraynalı bloger Andrey Serebryanski (internetdə “Andrey Luqanski” kimi tanınır), eləcə də keçmiş Rada deputatları Gennadiy Balaşov və Natalya Korolevskaya daxil edilib.
Ukrayna prezidentinin müşaviri Vladislav Vlasuyk jurnalistlərə açıqlamasında bildirib ki, bu şəxslər Ukraynanın müdafiə qabiliyyətini zəiflətmək, Rusiya təcavüzünü legitimləşdirmək və antiukrayna narrativlərini yaymaq məqsədi daşıyan informasiya kampaniyalarında iştirak ediblər.
Qiymət Mahir
tag: Ukrayna,Zelenksi,Rusiya,Sanksiya,Todaypress.tv,