Obama Kimmeli müdafiə etdi

Dünya

19.09.2025 11:12

Keçmiş ABŞ Prezidenti Barak Obama televiziya aparıcısı Cimmi Kimmeli müdafiə edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkə platforması "X"də paylaşım edərək bildirib ki, Kimmelin tənqid olunması təkcə bir aparıcının deyil, bütövlükdə söz azadlığının hücuma məruz qalması deməkdir.

Keçmiş prezident Donald Tramp administrasiyasının mediaya təzyiq göstərmək cəhdlərini də tənqid edib. Onun sözlərinə görə, hakimiyyət dövründə Tramp komandası bəzi şirkətləri narazı jurnalistləri və ya şərhçiləri işdən çıxarmadıqları təqdirdə nəticələrlə hədələyib.

Qeyd edək ki, Cimmi Kimmel Çarli Kirk haqqında sərt ifadələr işlətməsi səbəbilə gecə saatlarında yayımlanan “Jimmy Kimmel Live” verilişindən qeyri-müəyyən müddətə uzaqlaşdırılıb. Verilişi yayımlayan "Nexstar media" şirkəti onunla əməkdaşlığa son verdiyini açıqlayıb.

Xatırladaq ki, ABŞ-nin Yuta ştatının Orem şəhərində keçirilən universitet tədbiri zamanı tanınmış siyasi fəal Çarli Kirk silahlı hücuma məruz qalıb. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Obama,Kirk,Cimmi Kimmel,ABŞ,Todaypress.tv,