Tramp Çin mallarına əlavə rüsum tələb edir
Dünya
24.05.2025 20:00
ABŞ prezidenti Donald Trampın administrasiyası Avropa İttifaqına Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq etməyi təklif edib. Bu təklif qarşılığında isə Aİ ilə yeni ticarət sazişi imzalanması vəd olunub.
TodayPress TV xəbər verir ki, “The Wall Street Journal”ın mənbələrə istinadla yaydığı məlumata görə, Avropa liderləri bu təzyiqi rədd edir.
Onlar Çin Xalq Respublikasının Avropa şirkətləri üçün vacib bazar olduğunu və bu bazara çıxışı riskə atmaq istəmədiklərini bildiriblər.
Tramp administrasiyası Qərbi Pekinlə ticarət qarşıdurmasında həmrəy olmağa çağırsa da, Aİ bu strategiyanı qəbul etmir. Çin hal-hazırda Avropa İttifaqının ABŞ-dən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır.
Digər tərəfdən, ABŞ-nin bu məsələdə müəyyən tərəqqiyə nail olduğu bildirilir. Məsələn, London Çin istehsalı polad məhsullarına rüsum tətbiq etdikdən sonra ABŞ və Böyük Britaniya ikitərəfli ticarət sazişi imzalayıblar.
ABŞ eyni zamanda Yaponiya, Cənubi Koreya və digər müttəfiqlərlə danışıqlar apararaq Çinə qarşı qurulacaq “rüsum cəbhəsini” genişləndirməyə çalışır.
Qiymət Mahir
tag: Çin ,Yaponiya,Cənubi Koreya,ABŞ,todaypress.tv,