İran ABŞ ilə razılaşmanın şərtini açıqladı

Dünya

04.06.2025 16:02

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran atom sənayesinin inkişafı naminə böyük qurbanlar verib və uranın öz ərazisində zənginləşdirilməsi imkanını saxlamadan ABŞ ilə heç bir razılaşmaya getməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə o "X"da yazıb.

“İran bu imkanlar üçün böyük sınaqlardan keçib, üstəsindən gəlib. Təkrar edirəm: zənginləşdirmə yoxdursa – razılaşma da yoxdur. Nüvə silahına yox – razılaşmaya bəli”, – deyə İranın baş diplomatı qeyd edib.

Bundan əvvəl İran və ABŞ arasında nüvə sazişi üzrə altıncı danışıqlar raundunun baş tutmaya biləcəyi barədə məlumat yayılıb. Bildirilirdi ki, Tehran Vaşinqtonun təkliflərini “ardıcıl və məntiqsiz, olduqca qeyri-real və həddindən artıq tələblərlə dolu” hesab edir.

Eyni zamanda, mayın 31-də İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ABŞ ilə aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, İran ərazisində iki yeni atom elektrik stansiyasının tikintisi üçün meydançalar da hazırlanıb.

Töhfə Səməd

tag: ABŞ,İran,Uran,Atom,todaypress.tv,