Nikuşor Dan: “Ukraynaya qoşun göndərmək yersizdir”
Rumıniyanın yeni seçilmiş prezidenti Nikuşor Dan Ukraynaya rumın hərbçilərinin göndərilməsini məqsədəuyğun saymadığını bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “Politico”ya
müsahibəsində danışıb.
Dan vurğulayıb ki, Rumıniyada geniş hərbi dəstək bazasının
olması məqbuldur, lakin Ukraynada sülhü təmin edən orduların bir hissəsi olmaq
düzgün olmazdı.
“Rumıniya ərazisində daha böyük operativ dəstəyin olması – bəli.
Amma Ukraynada sülhü təmin edən orduya daxil olmaq – xeyr” deyə Dan qeyd edib.
O, bu addımın Rumıniya ilə Rusiya arasında onsuz da mövcud
olan gərginlik fonunda əlavə risklər yaradacağını deyib.
Dan həmçinin ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin
həlli ilə bağlı yanaşmasını tənqid edib və Rusiya prezidenti Vladimir Putinin
irəli sürdüyü tələbləri qeyri-realist adlandırıb.
Buna baxmayaraq, o, Ukraynada yaxın zamanda sülhün mümkün
olduğuna inandığını bildirib.
Qiymət Mahir
tag: Nikuşor Dan,Rumıniya,Ukrayna,ABŞ ,todaypress.tv,