Moldova hökuməti "TikTok"da yüzlərlə kanalı bloklayır
Dünya
13.08.2025 12:34
Moldova hakimiyyəti dövlət qurumları və hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PDS) barədə yalan məlumat yaymaqda ittiham olunan 443 "TikTok" kanalının bloklanması prosesinə başlayıb.
TodayPress TV xəbər verir ki, Moldova polisi rəsmi müraciətlə bu kanalların bağlanmasını tələb edib.
Məlumata görə, onlardan 97-si hakim partiyanın siyasəti ilə bağlı dezinformasiya yayır, 128-i isə ictimai şəxslərə qarşı böhtan xarakterli informasiya hücumlarında iştirak edirdi. Artıq bu cür müraciətlər əsasında 160-dan çox kanal bloklanıb.
Hakimiyyətin narahatlıq doğuran mövzular siyahısında Ukraynadakı vəziyyət və Moldovada keçiriləcək parlament seçkiləri də yer alır. Polis hesablayıb ki, sözügedən kanalların ümumi auditoriyası 1,2 milyondan çox izləyici təşkil edir, videoların ümumi baxış sayı isə 4,5 milyonu keçir.
İyul ayında Moldova prezidenti Maya Sandu sosial şəbəkələrin sentyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində yaratdığı təhlükələrdən danışmışdı.
Qiymət Mahir
tag: Moldova , Maya Sandu,TikTok,Ukrayna,Todaypress.tv,