ABŞ-də neft hasilatı azalır

Dünya

26.05.2025 17:51

3

ABŞ-nin iri neft şirkətləri qazma və hasilatı azaltmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə "The Financial Times" yazır.

Səbəb neftin aşağı qiyməti və rentabellik problemləridir.

Hazırda "WTI" markalı neftin qiyməti 61,50 dollar/barel təşkil edir, halbuki şist istehsalçıları üçün rentabellik həddi 65 dollardır. 

Şirkətlər bu səbəbdən fəaliyyətlərini məhdudlaşdırmağa başlayır.

"Devon Energy", "Continental Resources" və digər şirkət rəhbərləri hasilatın iqtisadi cəhətdən çətinləşdiyini bildiriblər. "S&P Global"a görə, bu il ABŞ-də neft hasilatı son on ildə ilk dəfə azalacaq.

Ekspertlər xəbərdarlıq edir ki, qiymət 50 dollara düşərsə, ABŞ sutkada 300 min barel hasilatı itirə bilər, bu isə Səudiyyə Ərəbistanının bazarda payını artırmasına şərait yaradacaq.

Türkan İsgəndərli

tag: ABŞ,Neft,Ərəbistan,Şist,todaypress.tv,