Modi və Tramp telefonla danışdılar
Dünya
18.06.2025 12:33
Hindistanın Baş naziri Narendra Modi və ABŞ prezidenti Donald Tramp “Böyük yeddilik” (G7) sammiti çərçivəsində üz-üzə görüşmək əvəzinə telefon danışığı aparıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Hindistanın xarici işlər nazirinin birinci müavini Vikram Misri “News18”ə danışıb.
Misrinin sözlərinə görə, telefon danışığı Trampın təşəbbüsü ilə baş tutub. O, sammiti vaxtından əvvəl tərk etdiyindən Modi ilə şəxsən görüşə bilməyib.
Söhbət zamanı Modi ABŞ-nin 10 may tarixində Hindistanla Pakistan arasında atəşkəsin əldə edilməsində vasitəçilik etdiyi barədə məlumatları təkzib edib.
Telefon danışığında tərəflər, həmçinin, Yaxın Şərqdəki gərginliyi, Rusiya-Ukrayna münaqişəsini və Hind-Sakit okean regionunu müzakirə ediblər. Misrinin sözlərinə görə, danışıq 35 dəqiqə davam edib.
Qiymət Mahir
tag: Hindistan,Modi,ABŞ,Tramp,Todaypress.tv,