Misir Qəzza köçkünləri üçün böyük düşərgə tikir

Dünya

05.10.2025 20:00

Misir Qəzza zolağının şimalından gələn köçkünlər üçün ən böyük düşərgənin tikintisinə başlayıb.

TodayPress TV "əl-Arabiyyə" yə istinadən xəbər verir ki, onlarla buldozer Nusayrat məntəqəsində, Bureyc düşərgəsi yaxınlığında müvəqqəti sığınacaqların qurulması, dağıntıların aradan qaldırılması və yolların təmizlənməsi işlərinə cəlb olunub. Misir digər köçkün düşərgələrini də hazırlayaraq qəzzalılara təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, HƏMAS və İsrail nümayəndə heyətləri oktyabrın 6-da Misirin Şarm əl-Şeyx şəhərində danışıqlar aparacaq.

ABŞ Prezidentinin elçiləri Cared Kuşner və Stiv Vitkof da iştirak edəcək. Tərəflər israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi, azad olunacaq məhbusların siyahısının hazırlanması və dəyişmə prosesinin texniki detalları üzrə razılıq əldə etməyə çalışacaq.

Eyni zamanda, danışıqlarda müharibənin sona çatdırılması, daimi sülhün təmin olunması və İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi məsələləri müzakirə olunacaq.

Jalə Rövşən

TodayPress TV

tag: Misir,Qəzza köçkünləri,Düşərgə,HƏMAS,Todaypress.tv,