Merts: "Rusiyanın kölgə donanması təhlükəsizliyimizə ciddi narahatlıq yaradır"
"Bugünkü ikitərəfli görüşlərimizdə və dünən Şimali Avropa dövlətlərinin Baş nazirlərinin toplantısında da biz əsasən Baltik dənizi bölgəsindəki təhlükəsizlik məsələlərini müzakirə etdik. Yalnız bir neçə misal çəkim: hibrid hücumlar, kəsilmiş kabellər, zədələnmiş boru kəmərləri – bunların hamısı təhlükəsizliyimizi təhdid edir".
TodayPress TV xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts mətbuat konfransında deyib.
"Biz bu təhlükələrə qarşı özümüzü qoruyuruq – məsələn, NATO-nun "Baltik Əsri" əməliyyatı vasitəsilə, eləcə də Avropa İttifaqının sanksiyaları və böhran idarəçiliyi sahəsində çox sıx əməkdaşlıq yolu ilə. Biz Rusiyanın kölgə donanması barədə də ətraflı danışdıq. Bu kölgə donanması təhlükəsizliyimiz üçün ciddi narahatlıq yaradır. Ona görə də birləşməli və birgə ciddi addımlar atmalıyıq", - deyə kansler bildirib.
Töhfə Səməd
tag: Şimali Avropa,Baş nazir,Finlandiya,Almaniya ,Fridrix Merts,todaypress.tv,