Melaniya Trampın bürünc heykəli oğurlandı

Dünya

20.05.2025 10:43

2

Sloveniyada ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Trampın bürüncdən hazırlanmış heykəli oğurlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə "KSAT" məlumat yayıb.

Heykəl Melaniyanın doğulduğu Sevnitsa şəhərində olub. Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, abidə topuğa yaxın hissədən mişarlanaraq kəsilib və naməlum istiqamətə aparılıb. Sloveniya polisinin məlumatına əsasən, heykəlin oğurlandığı 13 may tarixində məlum olub. Hadisə ilə bağlı cinayət işi açılıb və hazırda şübhəlilərin müəyyənləşdirilməsi üzrə istintaq aparılır.

Qeyd edək ki, bürünc skulptura 2020-ci ildə ucaldılıb. O, həmin ilin əvvəlində yandırılan orijinal taxta heykəlin yerinə qoyulmuşdu. Lakin bürünc versiya, əvvəlki taxta heykəldən fərqli olaraq, birinci xanıma vizual olaraq demək olar ki, bənzəmirdi.

Töhfə Səməd

tag: Sloveniya,ABŞ ,Donald Tramp,Melaniya Tramp,Heykəl,todaypress.tv,