Merts Trampı “Avropa düşərgəsinə” qaytarmağa çalışacaq

Dünya

04.06.2025 16:25

"Almaniya kansleri Fridrix Merts Vaşinqton səfəri zamanı ABŞ prezidenti Donald Trampı Avropa tərəfdarlarının mövqeyinə yaxınlaşdırmağa çalışacaq".

TodayPress TV xəbər verir ki, bu barədə “Vzqlyad” qəzetinə açıqlamasında almaniyalı politoloq Aleksandr Rar bildirib.

Onun sözlərinə görə, Merts bu məqsədlə bütün diplomatik alətlərdən – təzyiq, xahiş, hətta manevrlərdən istifadə etməyə hazır olacaq.

“Mers bütün gücü ilə Trampı Avropa düşərgəsinə qaytarmağa çalışacaq. Bu isə o deməkdir ki, o, Moskva üzərində təzyiqlərin artırılması, yeni sanksiyaların tətbiqi və Ukraynaya dəstəyin gücləndirilməsi istiqamətində təkid edəcək”, – deyə Rar bildirib.

Ekspertin fikrincə, Tramp Mertsin təzyiqlərinə boyun əyməyəcək və heç vaxt Avropanın diktəsi ilə hərəkət etməyəcək. Bununla belə, Rar istisna etmir ki, Tramp vəziyyətdən istifadə edərək bir tərəfdən Avropalı liderləri Ukrayna məsələsində sərt tənqid edə, digər tərəfdən isə Rusiyaya qarşı təzyiqi artıraraq sülh danışıqlarını sürətləndirməyə çalışa bilər.

Qiymət Mahir

tag: ABŞ,Almaniya,Donald Tramp,Fridix Merts ,todaypress.tv,