Maska 29 milyard dollarlıq səhm veriləcək

Dünya

05.08.2025 10:46

ABŞ-nin elektrikli avtomobil istehsalçısı "Tesla" baş icraçı direktoru İlon Mask üçün təxminən 29 milyard dollar dəyərində 96 milyon səhm bonus paketini təsdiqlədiyini elan edib.

TodayPress TV xəbər verir ki, bu qərar, Delaver məhkəməsinin ötən il Mask üçün 2018-ci ildə nəzərdə tutulan 50 milyard dollardan çox dəyərindəki bonusu ləğv etməsindən sonra verilib. 

Məhkəmə həmin qərarında "Tesla" direktorlar şurasını səhmdarlara qarşı ədalətsiz davranmaqda və prosesdə qüsurlar buraxmaqda ittiham edib.

Mask bu il həmin qərardan apellyasiya şikayəti verərək məhkəmənin hüquqi səhvlərə yol verdiyini bildirib. "Tesla" isə yeni bonus paketini qiymətləndirmək üçün xüsusi komissiya yaratdığını açıqlayıb, lakin ətraflı məlumat təqdim etməyib.

Şirkət bildirib ki, Mask hər səhm üçün 23,34 dollar ödəməklə bu hüququ əldə edəcək. 

Hazırda "Tesla"da 13%-lik payla ən böyük səhmdar olan İlon Mask, şirkətin istiqamətini sərfəli elektrikli avtomobillərdən sürücüsüz taksilərə və insanabənzər robotlara yönəltmək istədiyini bildirib.

Türkan İsgəndərli

tag: ABŞ,Tesla,İlon Mask,Məhkəmə,Todaypress.tv,