KİV: Atəşkəs Trampın diqqətini Ukraynaya yönəldəcək
Dünya
24.06.2025 14:41
ABŞ və İran arasında əldə olunan atəşkəs ABŞ Prezidenti Donald Trampa yenidən Ukrayna münaqişəsinin həlli istiqamətində fəaliyyətini gücləndirmək imkanı verir.
TodayPress TV xəbər verir ki, bu barədə “Strana.ua” nəşri yazır.
Nəşrin müəllifləri Trampın İran və İsrail üzərində malik olduğu təzyiq rıçaqlarının Rusiya ilə münasibətlərdə işləmədiyini vurğulayır. Bildirilir ki, ABŞ lideri artıq Ukrayna üzərində müəyyən təsir imkanlarından istifadə edərək cəbhə xəttində atəşkəsə razılıq alıb.
Bununla belə, materialda qeyd olunur ki, Tramp Rusiyaya qarşı hərbi təhdidlər irəli sürə bilməz, çünki bu, nüvə münaqişəsinə səbəb ola bilər. Hazırkı durumda Vaşinqtonun yeganə aləti sanksiyalardır, lakin onların da effektivliyi təminatlı deyil.
Məqalədə həmçinin Ukraynanın sabiq xarici işlər naziri Pavel Klimkinin fikirlərinə yer verilir. O, Trampın Yaxın Şərqdə gərginliyi azaltmaq qərarı alacağı təqdirdə, diqqətini Ukraynadakı sülh prosesinə yönəldəcəyini və bu ssenarinin Kiyev üçün “qazandıran variant” ola biləcəyini bildirib.
Qiymət Mahir
tag: Rusiya,Ukrayna,İran,Donald Tramp,Todaypress.tv,