Mask Trampın qanun layihəsini tənqid edir
Amerikalı iş adamı İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərini azaltmaq məqsədilə təqdim etdiyi qanun layihəsini tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "CBS News"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu sənəd kəsiri azaltmaq əvəzinə artırır və komandasının işinə mənfi təsir göstərir.
Trampın “bir böyük gözəl qanun layihəsi” adlandırdığı sənəd bəzi sahələrdə vergi və xərclərin azaldılmasını nəzərdə tutsa da, müdafiə və sərhəd təhlükəsizliyi sahələrində, o cümlədən “Qızıl Qübbə” raketdən müdafiə sisteminə xərclərin artırılmasını təklif edir.
Qanun layihəsi artıq ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilib və Senatda təsdiqləndikdən sonra prezidentin imzasına təqdim olunacaq.
Türkan İsgəndərli
tag: İlon Mask,ABŞ,Senat,Qanun ,todaypress.tv,