Filippində etirazlar zamanı 216 nəfər saxlanıldı

Dünya

22.09.2025 11:08

Filippində keçirilən kütləvi etiraz aksiyaları və iğtişaşlar zamanı 216 nəfər saxlanılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "The Manila Times" Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, sentyabrın 21-də baş verən iğtişaşlar zamanı saxlanılan şəxslər avtomobilləri yandırmaq, daş və molotov kokteyli (partlayıcı) atmaq, həmçinin moteldən əşyalar oğurlamaq ittihamı ilə həbs olunublar.

Polislərə molotov kokteyli atanlar adam öldürməyə cəhd ittihamı ilə üzləşə bilər. 

Qeyd edək ki, "Trilyon Peso Yürüşü" adlanan etiraz aksiyası, ölkənin daşqınlara qarşı mübarizə fondundan vəsaitin mənimsənilməsi iddialarından sonra ictimai fəallar tərəfindən təşkil olunub. Təxminən 49 min nəfərin iştirak etdiyi aksiyalar zamanı azı 40 polis əməkdaşı xəsarət alıb.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Filippin,Aksiya,İğtişaş,Həbs,Todaypress.tv,