London görüşünün gündəmi açıqlandı

Dünya

08.06.2025 21:45

ABŞ və Çin arasında 9 iyun tarixində Londonda keçiriləcək nazirlər səviyyəli görüşün gündəmində ixrac nəzarəti məsələləri əsas yer tutacaq.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, son həftələrdə iki ölkə arasındakı ticarət mübahisələrində diqqət tariflərdən daha çox ixraca tətbiq edilən məhdudiyyətlərə yönəlib. Bu, Vaşinqtonla Pekin arasında artan texnoloji və iqtisadi rəqabətin yeni mərhələsinə işarə edir.

Qeyd edək ki, ABŞ son dövrlər süni intellekt, yarımkeçiricilər və müdafiə ilə əlaqəli texnologiyalar sahəsində Çinə qarşı daha sərt ixrac nəzarəti tətbiq edir. Çin isə cavab addımları ilə ABŞ-yə məxsus kritik xammal və texnologiyalara çıxış imkanlarını məhdudlaşdırmağa çalışır.

Qiymət Mahir

tag: Çin,ABŞ,London,Görüş,todaypress.tv,