Siyasi analitik: "Mers Almaniyanı Rusiya ilə müharibəyə hazırlayır"

Dünya

14.07.2025 11:23

Almaniyanın kansleri Fridrix Merts ölkəni Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "RİA"ya açıqlamasında Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının tədqiqatlar üzrə direktor müavini Dmitri Suslov bildirib.

Onun sözlərinə görə, Mertsin siyasi kursu Almaniyanı Rusiyanın açıq düşməninə çevirir. Ekspert qeyd edib ki, bu istiqamət keçmiş kansler Olaf Şolts dövründə başlayıb, lakin Mers prosesi daha da dərinləşdirərək Avropada siyasi liderlik iddiasını gücləndirməyə çalışır.

Suslov hesab edir ki, antirusiya ritorikası sayəsində Almaniya planlarını həyata keçirmək üçün maddi resursları daha rahat toplaya bilir. O, bunun “Üçüncü Reyxin dirçəldilməsi” ilə müqayisə edilə biləcəyini bildirib.

“Mers almanların 1945-ci ildən sonra formalaşmış qorxu sindromunu aşmağa çağırır. Bu isə onun Rusiyaya qarşı açıq düşmən mövqeyində olduğunu göstərir. O, Almaniyanı hərbi və psixoloji cəhətdən müharibəyə hazırlayır”, – deyə Suslov vurğulayıb.

Qiymət Mahir

tag: Almaniya,Rusiya, Fridrix Merts, Avropa,Todaypress.tv,