Maqnit qasırğaları Yer kürəsini vuracaq
Dünya
24.06.2025 19:00
İyun ayının 25-i və 26-da Yer kürəsində geomaqnit vəziyyətin əhəmiyyətli dərəcədə pisləşəcəyi gözlənilir. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
TodayPress TV xəbər verir ki, alimlərin izahına görə, maqnit sahəsindəki pozuntuların əsas səbəbi Günəşdə yaranmış iri koronal dəlikdir.
İlkin modelləşdirmə nəticələri göstərir ki, Günəş küləklərinin sürəti orta səviyyədə artacaq və saniyədə 600 kilometr həddini keçməyəcək. Bu göstərici normal plazma sürətindən təxminən 50% yüksəkdir.
Mütəxəssislərin proqnozuna görə, geomaqnit təsirlər iyunun 25-nə keçən gecə artmağa başlayacaq, zirvə nöqtəsi isə günorta saatlarına təsadüf edəcək. Obyektiv şərtlər daxilində maqnit qasırğalarının G2 səviyyəsində, yəni orta gücdə olacağı bildirilir. Lakin alimlər istisna etmir ki, bəzi hallarda maqnitosferdə heç bir pozuntu da baş verməyə bilər.
Qiymət Mahir
tag: Qasırğa,Maqnit qasırğası,Yer,Alim,Todaypress.tv,