Slovakiya Aİ-nin rus qazından imtina planına qarşı çıxır

Dünya

17.07.2025 09:38

Slovakiya 2028-ci il yanvarın 1-dən etibarən Rusiya qazından imtinanı nəzərdə tutan Avropa İttifaqı təşəbbüsünü dəstəkləməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Slovakiya Respublikasının Baş naziri Robert Fitso sosial şəbəkə “X”də paylaşım edib.

O bildirib ki, Avropa Komissiyasının bu təklifi Avropa Şurasında təsdiqlənmiş siyasi mandatı kobud şəkildə pozur.

“Mənim Baş nazir kimi bu məsələdə mövqeyim dəyişməzdir və heç kəsi təəccübləndirməməlidir”, – deyə Fitso qeyd edib.

Baş nazir Avropa Komissiyasının təşəbbüsünü “sanksiya” adlandıraraq onun Rusiya əleyhinə təklif edilən 18-ci sanksiya paketinə daxil olduğunu bildirib. O vurğulayıb ki, bu paket üzrə səsvermə yalnız rus enerji resurslarından imtina təşəbbüsü ilə bağlı risklər aradan qaldırıldıqdan sonra baş tuta bilər.

Qiymət Mahir

tag: Slovakiya ,Rusiya,Robert Fitso, Avropa Komissiyası,Todaypress.tv,