Tramp anadangəlmə vətəndaşlığa qarşı çıxdı

Dünya

27.09.2025 10:21

Tramp Ali Məhkəməni vətəndaşlıq hüququ ilə bağlı qərar verməyə çağırır.

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” telekanalı hələlik məhkəməyə təqdim edilməmiş apellyasiya şikayətinin surətinə istinadən məlumat yayıb.

Donald Trampın administrasiyası Ali Məhkəmədən prezidentin doğuşdan vətəndaşlıq verilməsi praktikasına son qoymağa yönəlmiş sərəncamının konstitusiyaya uyğunluğunu yoxlamağı xahiş edib. 

Baş hüquqşünas Din Con Sauer müraciətdə qeyd edib ki, aşağı məhkəmənin qərarları ABŞ Prezidenti və onun administrasiyası üçün mühüm əhəmiyyət kəsb edən siyasətləri etibarsız edir.

Onun fikrincə, aşağı məhkəmənin qərarları ABŞ vətəndaşlığı imtiyazını “buna haqqı olmayan” yüz minlərlə insana verir.

Qeyd edək ki, bu ilin fevralında ABŞ-nin Merilend ştatının məhkəməsi Trampın doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncamını həmişəlik bloklayıb. 

Dairə hakimi Debra Boardman prezidentin sərəncamının ABŞ Konstitusiyasına 14-cü Düzəlişin dilini pozduğunu və Ali Məhkəmənin müəyyən etdiyi 125 illik məcburi presedentə zidd olduğunu bildirib.

Bundan əvvəl London meri Trampı “irqçi, seksist və islamafobik” adlandırmışdı.

Orxan Saffari

TodayPress TV

tag: ABŞ,Tramp,Vətəndaşlıq,Etiraz,Todaypress.tv,