Makron və Starmer Trampla bağlı fikir ayrılığı yaşayır
Dünya
07.07.2025 10:20
Fransa Prezidenti Emmanuel Makronla Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında ABŞ prezidenti Donald Trampa münasibətdə ciddi fikir ayrılıqları mövcuddur.
TodayPress TV “Politico”ya istinadən xəbər verir ki, bu barədə Fransanın sabiq diplomatı və “Flint Global” konsaltinq şirkətinin direktoru Fransua-Jozef Şişan danışıb.
Şişan Makronun Londona qarşıdan gələn səfərini “barışıq sammiti” adlandırsa da, Trampa dair məsələlərdə liderlər arasında ziddiyyətlərin qalacağını etiraf edib.
Məlumatlara əsasən, Makron Starmerlə Tramp arasında ABŞ-nin Britaniya məhsullarına tətbiq etdiyi rüsumların yumşaldılmasına dair razılaşmadan narazıdır. Halbuki Fransa və digər Aİ ölkələri hələ də həmin sanksiyaların təsiri altındadır.
“Böyük Britaniya ilə ABŞ arasında bağlanmış razılaşmanın detalları hələ dəqiqləşməyib. Makronun Starmerə təzyiq göstərəcəyi və Trampın bütün tələblərini qəbul etməməyə çağıracağı gözlənilir”, – deyə Şişan bildirib.
Digər fransız ekspertlər qeyd edirlər ki, Britaniya Baş naziri ABŞ ilə münasibətlərdə daha ehtiyatlı davranır. Eyni zamanda sabiq britaniyalı diplomat bildirib ki, Makron Trampa müəyyən dərəcədə xoş görünməyə çalışsa da, bunu Britaniya qədər açıq etməyib. O, Starmerin Trampa qarşı münasibətini utanmaz, lakin zəruri strategiya kimi xarakterizə edib.
Qiymət Mahir
tag: Emmanuel Makron,Kir Starmer,ABŞ , Donald Tramp,Todaypress.tv,