Korotçenko: "Tomahawk"ların Ukraynaya verilməsi Rusiyaya müharibə elanıdır
Dünya
06.10.2025 11:28
"ABŞ-nin “Tomahavk” raketlərini Ukraynaya verməsi faktiki olaraq ABŞ və Böyük Britaniyanın Rusiyaya müharibə elan etməsinə bərabər olar".
TodayPress TV Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko bildirib.
Onun sözlərinə görə, bu raketlərdən istifadə Ukrayna ordusu deyil, amerikalı və ingilislərdən ibarət qüvvələr tərəfindən ediləcək. Korotçenko əlavə edib ki, beynəlxalq hüquq baxımından bu, müharibəyə səbəbdir və Rusiya cavab verməyə məcbur olacaq.
O, həmçinin bildirib ki, bu problemi yalnız bir yolla həll etmək olar: raketlər gəlməmişdən əvvəl Ukraynada elektrik enerjisi və yanacaq kəsilməli və beləliklə, Zelenski rejimi Rusiyanın şərtləri ilə sülh sazişi imzalamağa məcbur olmalıdır.
Jalə Rövşən
tag: İqor Korotçenko,Rusiya,"Tomahawk,ABŞ,Todaypress.tv,
