Tramp İranla bağlı ümid verdi: “Razılaşma olacaq”
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın əldə olunacağına ümid etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında İranla danışıqların davam etdiyini deyib.
“Düşünürəm ki, razılaşma əldə olunacaq. Onlar hətta bu gün bizimlə danışdılar. Münasibətlərimiz, belə demək mümkündürsə, inkişaf edir”, – deyə ABŞ lideri bildirib.
Kübra Musayeva