Makron Lekornunu geri qaytardı
Dünya
11.10.2025 14:15
Makron Lekornunu baş nazir vəzifəsinə qaytarıb.
TodayPress TV Fransa KİV-ə istinadən xəbər verir ki, Fransada Baş nazir Sebastien Lecornu Emmanuel Makron tərəfindən yenidən təyin olunub.
Ona yeni hökuməti qurmaq tapşırılıb. Lecornu vəzifəni “Fransanın büdcəsini təmin etmək və vətəndaşların gündəlik problemlərini həll etmək” məqsədilə qəbul etdiyini bildirib. O, həmçinin ölkədəki siyasi böhrana son qoymağın vacib olduğunu vurğulayıb.
Qeyd edək ki, Lecornu sentyabrın əvvəlində baş nazir olsa da, oktyabrın 6-da partiyada fikir ayrılığı səbəbindən istefa vermişdi. Bu onun Makronun prezidentlik dövründə beşinci baş nazir olması deməkdir. Lecornu əvvəlki hökumətdə yaranan fikir ayrılıqları və müxalifətin tənqidini səbəb göstərərək vəzifədən getdiyini açıqlamışdı.
Xatırladaq ki, Makron hökuməti 2024-cü ilin yayından siyasi böhran içindədir. Hakim mərkəzçi koalisiya Avropa Parlamenti seçkilərində məğlub olub, sağçı partiyalar parlamentdə nüfuz qazanıb. Bu vəziyyət hökumətin qərar qəbulunu çətinləşdirir. Eyni zamanda Fransa dövlət borcu rekord səviyyəyə çatıb və 2026-cı ilin büdcəsi hələ təsdiqlənməyib.
Fransada bəzi siyasətçilər və müxalifət liderləri isə Makronun istefasını tələb etsə də, oktyabrın 8-də Milli Assambleya impiçment təklifini rədd edib.
Jalə Rövşən
tag: Emmanuel Makron,Sebastien Lecornu,Fransa,İmpiçment,Todaypress.tv,
