Yeni tədqiqat təbiətdə səssiz ünsiyyətin izlərini tapdı
Dünya
15.07.2025 18:45
İsrail alimləri bitkilərin stres halında yüksək tezlikli səslər yayaraq ətraf mühitlə əlaqə qurduğunu və bəzi heyvanların bu səslərə reaksiya verdiyini ortaya qoyub.
TodayPress TV xəbər verir ki, "BBC"nin yaydığı məlumata əsasən, Təl-Əviv Universitetinin alimləri tərəfindən aparılan araşdırma göstərib ki, dişi güvələr susuzluq və ya zədələnmə səbəbilə stress altında olan pomidor bitkilərinə yaxınlaşmır və onlara yumurta qoymaqdan çəkinir.
Tədqiqat heyəti bu davranışın, güvələrin insan qulağının eşidə bilmədiyi yüksək tezlikli səsləri algılaya bildiyini və qərarlarını bu səslərə əsasən verdiyini ortaya çıxardığını bildirib.
Tədqiqatçı professor Yossi Yovel bu müşahidəni “bir heyvanın bir bitkinin səsinə cavab verdiyinə dair ilk sübut” kimi qiymətləndirib. Onun sözlərinə görə, gələcəkdə heyvanların hansı bitkini tozlayacağına, içində gizlənəcəyinə və ya yeyəcəyinə bu səslər əsasında qərar verdiyi bir ekosistemi təsəvvür etmək mümkündür.
Qiymət Mahir
tag: İsrail ,Təl-Əviv,Tədqiqat ,Yossi Yovel,Todaypress.tv,