Madridə minlərlə insan hökumət əleyhinə mitinqə çıxdı

Dünya

08.06.2025 19:00

İspaniyanın paytaxtı Madriddə hökumət əleyhinə minlərlə nəfərin iştirak etdiyi aksiya keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat verib.

Mitinq 8 iyun tarixində, yerli vaxtla saat 11:00-da İspaniya meydanında baş tutub. Etirazçıların dəqiq sayı açıqlanmasa da, bir çoxu krallığın bayraqları ilə meydana çıxıb. Aksiyanı müxalif mühafizəkar Xalq Partiyası (XP) təşkil edib.

Partiya sədri Alberto Nunyes Feyxoo vətəndaşları küçələrə çıxaraq hökumətə qarşı narazılıqlarını bildirməyə çağırıb.

“Biz mafiya yox, demokratiya istəyirik”, – deyə o, mitinqdə bəyan edib.

Feyxoo baş nazir Pedro Sançesin rəhbərlik etdiyi İspan Sosialist Fəhlə Partiyasının Kataloniya siyasi qüvvələri ilə əldə etdiyi razılaşmaları tənqid edib. Onun sözlərinə görə, hazırkı hökumət artıq keçmişdə qalıb və mühafizəkarlar onun alternatividir.

Qiymət Mahir

tag: Madrid,İspaniya,Aksiya,Alberto Nunyes Feyxoo,Todaypress.tv,